...

Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2014 13:16 (UTC +04:00)
2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 456 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərinin hüquqlarını pozulması ilə bağlı 329 şikayət və 26 müraciət daxil olub.
Azərbaycanda sərmayəçilərin hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayı artıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir A.Axundov/

2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 456 səhmdar cəmiyyət tərəfindən sərmayəçilərinin hüquqlarını pozulması ilə bağlı 329 şikayət və 26 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə QKDK-nin ötən ilin yekunlarına dair hesabatında deyilir.

Məlumata görə, 2012-ci illə müqayisədə şikayətlər 23, müraciətlərin sayı isə 24 faiz artıb.

Fəaliyyətlərində qanun pozuntularının müşahidə edildiyi SC-lərə 179 800 manat məbləğində inzibati cərimələr tətbiq edilib ki, bu da 2012-ci ilin göstəricisini 71 faiz üstələyir.

Qanun pozuntularının aradan qaldırılması üçün 104 SC-yə icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti