Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir E.Əliyev/
Azərbaycan Vergilər Nazirliyinin ümumi ştat sayı 10 faizə yaxın artırılıb. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, nazirliyin ümumi ştat sayı 200 vahid artırılaraq cəmi 2319, o cümlədən Aparatının ştat sayı 72 vahid artırılaraq cəmi 334 vahidə çatdırılıb.
Maliyyə Nazirliyi və Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.