...

Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş milli seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 16:32 (UTC +04:00)
Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş milli seminar keçirilib.
Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş milli seminar keçirilib

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş milli seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Milli Məclisin, bir çox əlaqədar nazirliklərin, QHT və firmaların nümayəndələri, FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycandakı nümayəndəsi iştirak edib.

Seminarın məqsədi FAO tərəfindən 2013-cü ildə Azərbaycanda əkinçilik sistemlərində mövcud bitki mühafizəsinin vəziyyəti və İnnovativ Məhsul Strategiyalarının İşlənməsi və Qiymətləndirilməsi Sistemi (DEXIPM) modelindən istifadə etməklə onların davamlılığı, Pestisidlərin Həyat Tsiklinin qiymətləndirilməsini, Zərərvericilərin Kompleks İdarə edilməsi və Yüksək Təhlükəli Pestisidlər üzrə aparılmış tədqiqatların nəticələrini təqdim etmək, eləcə də ölkədə pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsi ilə bağlı digər məsələlərin müzakirəsi olub.

Tədbirdə FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisi tərəfindən bölgədəki ölkələrin hökumətləri ilə, o cümlədən Azərbaycan hökuməti ilə zərərvericilərin, pestisidlərin idarə edilməsi, köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş və icrası davam edən layihələr barədə məlumat verilib.

Seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti