...

Şahin Mustafayev: Azərbaycan və Fransa iri kommersiya sazişi imzalayacaqlar (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2014 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Fransa Ticarət-Sənaye Palatası yaradacaqlar. Bu barədə bazar ertəsi Azərbaycan-Fransa biznes forumunu açarkən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazir deyib: "Müvafiq saziş artıq bu gün imzalanacaq. Bundan əlavə, bugünkü forum çərçivəsində Azərbaycandan və Fransadan olan sahibkarların ümumi həcmi milyardlarla dollar olan birgə layihələri üzrə ona yaxın kommersiya sazişi imzalanacaq".

Onun sözlərinə görə, iki ölkə arasında siyasi və iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edir: "Bunda hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri mühüm rol oynayıb. Ölkələrimiz arasında ümumilikdə 45 müqavilə və müxtəlif sənədlər imzalanıb ki, onlardan da 17-si iqtisadi əməkdaşlığa aiddir. Fransa, həmçinin ölkəmizin mühüm ticarət tərəfdaşlarından biridir: ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1,56 milyard dollar təşkil edib, 2014-cü ilin birinci rübünün yekunları üzrə isə 370 milyon dollardan çox olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizdən çox artıb. Bir milyard dollardan artıq məbləğdə birgə layihələr reallaşdırılıb".

Nazir qeyd edib ki, Azərbaycan və Fransa investisyalar sahəsində də əməkdaşlıq edir: "Fransa Azərbaycan iqtisadiyyatına təxminən 2,4 milyard dollar sərmayə yatırıb. Bu sərmayələrin böyük hissəsi neft sektorunun payına düşür".

Ş.Mustafayev Fransanın "Total" və "GDF Suez" şirkətlərinin rolunu qeyd edib və xatırladıb ki, Fransanın 91 şirkəti subpodratçı qismində Azərbaycanın neft-qaz layihələrində çalışır.

Onun sözlərinə görə, qeyri-neft sektoruna 200 milyon avro həcmində vəsait yatırılıb.

Nazir qeyd edib: "Qeyri-neft sektoruna gəlincə, Fransa Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda yalnız 9-cu yeri tutur və bu sahədə reallaşdırılmamış böyük potensial mövcuddur. Bundan əlavə, Fransanın 50-dən artıq şirkəti ümumi dəyəri 1,8 milyard dollar olan qeyri-neft sahəsində layihələrdə iştirak edir ki, Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peyki, bərk məişət tullantılarının emalı zavodu və digərləri onların arasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti