...

Bakıda Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 9-cu iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2014 15:18 (UTC +04:00)
4-7 avqust tarixlərində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Bakıda Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 9-cu iclası keçiriləcək

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlahə Məmmədli/

4-7 avqust tarixlərində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Trend İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, səfər çərçivəsində avqustun 6-da Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın 9-cu iclası, həmçinin bir sıra görüşlər keçiriləcək.

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İran tərəfdən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.

Avqustun 7-də isə Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçiriləcək.

Tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, İKT, konsaltinq və digər sektorları təmsil edən 50-yə yaxın İran şirkəti iştirak edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 94,12 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti