...

Kənd Təsərrüfatı Nazirliyi Rusiya bazarına alternativ məhsul tədarükçülərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2014 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Rusiya Kənd Təsərrüfatı Nazirliyi sanksiyalarla əlaqədar RF-yə ixracına qadağa qoyulmuş məhsulların tədarük ediləcəyi alternativ ölkələrin siyahısını hazırlayıb. Trend-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Nikolay Fyodorov jurnalistlərə deyib.

Nazir deyib ki, Avropa İttifaqı, ABŞ və Kanadadan ət məhsullarını Braziliya, Uruqvay, Paraqvay, Argentina və Belarusdan tədarüklər əvəz edə bilər: "Bu işə artıq başlanılıb, Braziliyanın 40-dan artıq müəssisəsini akkreditasiyadan keçirmişik".

Nazirlik pendir, yağ və quru süd məhsullarını Cənubi Amerika və Yeni Zelandiyadan, tərəvəz məhsullarını Türkiyə, Argentina, Çili, Çin, Özbəkistan və Azərbaycandan, alma və armud meyvələrini Argentina, Çili, Çin və Serbiyadan, albalı, gilas, şaftalı və ərik meyvələrini Özbəkistan, Azərbaycan, Ermənistan, Türkiyə və İrandan, sitrus meyvələrini Misir, Mərakeş, Türkiyə və CAR-dan idxal etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti