...

"PAŞA Bank" ASC qeyri-maliyyə təşkilatı ilə ilk market-meyker sövdələşməsi bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2014 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

26 avqust 2014-cü il tarixindən etibarən "PAŞA Bank" ASC birja üzvü olan "PAŞA Kapital" MMC vasitəsilə "Embawood" MMC-nin İSİN kodu AZ2001019523 olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) market-meykerliyinə başlayır.

Market-meykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, hazırda BFB-də sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi market-meyker kotirovkaları vasitəsilə təmin edilir.

Bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur: http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari

"Embawood" MMC korporativ istiqrazları Bakı Fond Birjasında qeyri-maliyyə sektoru üzrə listinqdən keçmiş ilk şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti