...

Azərbaycandan İranın Ənzəli limanına daha çox dəmir və neft məhsulları daşınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2014 11:19 (UTC +04:00)
Azərbaycandan Ənzəli limanına daha çox dəmir və neft məhsulları gətirilir. Bunu Trend-ə açıqlamasında İranın Xəzər dənizi sahilində yerləşən Ənzəli limanının müdir müavini Hüseyin Çeraği deyib.
Azərbaycandan İranın Ənzəli limanına daha çox dəmir və neft məhsulları daşınır

İran, Rəşt, 20 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycandan Ənzəli limanına daha çox dəmir və neft məhsulları gətirilir. Bunu Trend-ə açıqlamasında İranın Xəzər dənizi sahilində yerləşən Ənzəli limanının müdir müavini Hüseyin Çeraği deyib.

Onun sözlərinə görə, limandan Azərbaycana göndərilən məhsullar isə əsasən qida məhsulları və sementdir.

Limanın rəsmisi bildirib ki, Ənzəli limanında ümumi əməliyyatların 20 faizi Azərbaycanla aparılır.

H.Çeraği əlavə edib ki, son 5 ay ərzində Ənzəli limanında aparılan əməliyyatların həcmi 1,3 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti