...

"ExpressPay" ödəniş terminallarına Ailə TV və Ailə Net üzrə ödəmələr əlavə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 18:27 (UTC +04:00)
"ExpressPay" ödəniş terminallarına Ailə TV rəqəmsal yayımlı kabel televiziyası və "Ailə Net" internet provayderi üzrə ödəmələr əlavə olunub.
"ExpressPay" ödəniş terminallarına Ailə TV və Ailə Net üzrə ödəmələr əlavə olunub

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"ExpressPay" ödəniş terminallarına Ailə TV rəqəmsal yayımlı kabel televiziyası və "Ailə Net" internet provayderi üzrə ödəmələr əlavə olunub. "Expressbank" ASC-dən Trend-ə verilən məlumata görə, artıq müştərilər bu şirkətin xidmətlərini asanlıqla həyata keçirə bilərlər.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), "Bakcell" və "NarMobile" mobil operatorları, "Azərenerji" kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, "Azərsu", KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və internet provayderi, "Data plus" və "Global Networks" internet provayderləri üzrə ödənişləri həyata keçirmək, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderlər və s. nəzərdə tutulur.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və 100-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti