Azərbaycan, Bakı, 4 noyabr /Trend/
"Naftoqaz" "Qazprom" ASC-yə əvvəllər tədarük edilmiş və ödənilməmiş qaza görə 1,45 milyard dollar köçürüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.
Brüsseldə əldə edilmiş razılaşmalara əsasən, "Naftoqaz" 11,5 milyard kubmetr qaza görə cəmi 3,1 milyard dollar ödəyəcək.
"Naftoqaz" "Qazprom"a qaza görə borc üzrə birinci tranş qismində 1,45 milyard dollar köçürüb, Ukrayna şirkətinin mətbuat xidməti bildirib.