...

Azərbaycanlı investorlar İran mədənlərinə sərmayə yatırmağa dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 18:50 (UTC +04:00)
İranın Azərbaycanla həmsərhəd bölgələrində, o cümlədən Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində mis, sink və digər mədənlər var və həmin mədənlərdə azərbaycanlı investorların sərmayə yatırması üçün geniş potensial mövcuddur.
Azərbaycanlı investorlar İran mədənlərinə sərmayə yatırmağa dəvət olunur

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın Azərbaycanla həmsərhəd bölgələrində, o cümlədən Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində mis, sink və digər mədənlər var və həmin mədənlərdə azərbaycanlı investorların sərmayə yatırması üçün geniş potensial mövcuddur. Bunu Trend-ə hazırda Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.

Ə.Əlilu Şərqi Azərbaycan əyalətinin Vərzigan şəhərindəki Süngün və Şəbüstər şəhərindəki Çeşməkonan mədənlərinə Türkiyə və Rusiyadan olan investorların sərmayə yatırdığını və azərbaycanlı investorların da bu mədənlərə sərmayə qoyması üçün əlverişli şəraitin olduğunu bildirib.

O, qeyd edib ki, son illər ərzində İranda mədən sahəsinin inkişafına diqqət artıb.

Parlamentari əlavə edib ki, Azərbaycan investorları üçün İranın müxtəlif əyalətlərində, o cümlədən Yəzd, Kirman, Kürdüstan əyalətlərində daş-dəmir mədənlərinə, İranın şimal-şərqindəki Xorasan Rəzəvi əyalətində dəmir filiz və kömür mədənlərinə sərmayə yatırmaq imkanları var.

Qeyd edək ki, Süngün mədənində molibden, qızıl, gümüş və digər mühüm metal ehtiyatları var. Bu mədənin ehtiyatları 440 milyon ton metal həcmində qiymətləndirilir. Süngün mədənindən ildə 7 milyon ton müxtəlif metal hasil edilir.

Şəbüstər şəhərindəki Çeşməkonan mis mədəninin ehtiyatları isə bir milyon 43 min ton təxmin edilir. Bu mədəndən ildə 75 min ton metal hasil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti