...

"Baker Tilly Azərbaycan" biznesin Aİ-nin aparıcı ticarət platformalarından birinə çıxışına kömək edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2014 10:00 (UTC +04:00)
Audit və konsaltinq sahəsində aparıcı şirkətlərdən biri olan “Baker Tilly Azərbaycan” şirkəti tərəfindən 26 noyabr 2014-cü il tarixində Hilton otelində Varşava Fond Birjası ilə birlikdə “Road from Baku to Warsaw: Finance your Business at Eastern Europe’s largest Capital Market” mövzusunda seminar keçirilmişdir.
"Baker Tilly Azərbaycan" biznesin Aİ-nin aparıcı ticarət platformalarından birinə çıxışına kömək edəcək (FOTO)

Audit və konsaltinq sahəsində aparıcı şirkətlərdən biri olan "Baker Tilly Azərbaycan" şirkəti tərəfindən Bakıda Varşava Fond Birjası (VFB) ilə birlikdə "Road from Baku to Warsaw: Finance your Business at Eastern Europe's largest Capital Market" mövzusunda seminar keçirilib.

Seminarın aparılması üçün VFB-nin nümayəndələri Biata Kasprişik və Mistislav Lazor, "Baker Tilly Ukrayna" şirkətinin idarəedici partnyoru Aleksandr Poçkun dəvət ediliblər.

VFB maliyyə vəsaitlərinin cəlb edilməsində və investisiyaların yerləşdirilməsində Şərqi Avropada daha dinamik inkişaf edən və ən böyük ticarət platformalarından biridir. Burada bir çox iri investorlar və emitentlər təqdim olunublar.

Müasir dünyada biznes layihələrinin maliyyələşdirilməsi üçün kapital bazarına çıxış biznesin uğurlu inkişafı üçün əsas amillərdən biridir. Maliyyə bazarı haqqında məlumatın olması, eyni zamanda, həmin bazarın bir hissəsi olma imkanı onun iştirakçılarına digərləri qarşısında üstünlük verməklə biznesin inkişafı üçün daha əlverişli şərait yaradır.

Seminar "Baker Tilly Azərbaycan" şırkətinin Azərbaycan biznes-auditoriyasının məlumatlandırılması və Avropa İttifaqının aparıcı ticarət platformalarından birinə çıxışı üçün 2015-ci ildə davam etdiriləcək lahiyəsinin bir başlanğıcıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti