...

AZAL Avropa və Asiyaya reyslər üzrə xüsusi aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 12:01 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Avropa və Asiyaya bəzi reyslər üzrə xüsusi aksiya keçirir. Trend xəbər verir ki, bu barədə AZAL-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
AZAL Avropa və Asiyaya reyslər üzrə xüsusi aksiya keçirir

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Avropa və Asiyaya bəzi reyslər üzrə xüsusi aksiya keçirir. Trend xəbər verir ki, bu barədə AZAL-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Aviaşirkət aşağıdakı istiqamətlərə xüsusi təkliflər təqdim edir: Londona - 449 avro (Londondan Bakıya və geriyə - 399 funt); Roma, Milan, Praqa, Paris, Pekin - 449 avro; Cenevrəyə 399 avro; Perm - 349 avro; Bişkək - 339 avro; Kazan - 279 avro; Aktau - 219 avro; Tehran, Təbriz - 209 avro.

Biletlərin satışı 2014-cü il dekabrın 15-dən 2015-ci il yanvarın 14-dək, uçuşların vaxtı isə yanvarın 15-dən fevralın 28-dək davam edəcək.

Bununla yanaşı, reyslərdə yerlərin sayı məhdudlaşdırıla bilər, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, göstərilən tarif üzrə mile-ballar hesaba əlavə olunmur və maksimal qalma müddəti bir ay təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti