...

"Nikoil Bank" ödəmə məntəqələrinin sayını artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 15:25 (UTC +04:00)
"Nikoil Bank" "ExpressPay" ödəmə sisteminə qoşulmaqla ödəmə məntəqələrinin sayını artırdı.
"Nikoil Bank" ödəmə məntəqələrinin sayını artırdı

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

"Nikoil Bank" müştəri məmnuniyyətini əsas tutaraq daha bir xidməti istifadəyə verdi. Belə ki, artıq "Nikoil Bank" müştəriləri "ExpressPay" ödəmə sistemi vasitəsilə kredit borclarını ödəyə biləcəklər.

Qeyd edək ki, hazırda bu ödəmə sistemi 110 ödəmə məntəqəsində yerləşir. Sistem müştərilərə qısa müddətdə ödəməni həyata keçirməyə kömək olacaq. Sadəcə aşağıdakı sadə mərhələləri ardıcıllıqla etmək kifayətdir.

Hörmətli müştərilər, hesab nömrəsi və PİN kodu (şəxsiyyət vəsiqəsinin sondan birinci simvol çıxmaqla ilk 7 simvol) daxil edin. Növbəti səhifələrdə ödəniləcək məbləği daxil edirsiniz və İRƏLİ düyməsini basaraq ödəməni həyata keçirə bilərsiniz. Ödəmə bitdikdən sonra çeki götürməyi unutmayın.

"Nikoil Bank" müştərilərinə Bakı, eyni zamanda, Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 21 satış məntəqəsində xidmət göstərir. Bank xidməti və məhsulları barədə ətraflı məlumatı Nikoil Bank-ın rəsmi səhifəsində (www.nikoil.az) və ya (012) 981 qısa nömrəsinə zəng edərək öyrənə bilərsiniz.

Bankın "facebook" səhifəsi: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti