...

Embawood Avropanın ən əhəmiyyətli sərgisində iştirak etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2015 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

18-25 yanvar 2015-ci il tarixləri arasında Almaniyanın Köln şəhərində mebel sənayesində olan ən böyük "Koelnmesse" sərgisi keçirilmişdir. Milan sərgisi mebeldə daha çox trend, dizayn kimi istiqamətləri təyin edirsə - Kölndə olan sərgi Avropa mebel bazarında əhəmiyyətli kommersiya istiqamətli sərgidir. Azərbaycanı sərgidə təmsil edən yeganə mebel brendi Embawood olmuşdur. Bütövlükdə sərgidə 1 600-dən artıq dünya brendləri də iştirak etmişdir. Embawood məhsulları başda Almaniya olmaqla İspaniya, İtaliya, Fransa və Birləşmiş Ərəb Əmirliklərin dillerləri tərəfindən böyük rəğbət qazandı və nəticədə adı çəkilən ölkələrin dillerləri ilə ixrac müqavilələri bağlandı.

Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildə qurulmuşdur. Bazarda olduğu 19 il ərzində "Embawood" mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti