...

"ExpressPay" ödəniş terminallarına "Bakı Taksi" üzrə ödəmələr əlavə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 17:22 (UTC +04:00)
"ExpressPay" ödəniş terminallarına "Bakı Taksi" şirkəti üzrə ödəmələr əlavə olunub.
"ExpressPay" ödəniş terminallarına "Bakı Taksi" üzrə ödəmələr əlavə olunub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

"ExpressPay" ödəniş terminallarına "Bakı Taksi" şirkəti üzrə ödəmələr əlavə olunub. "Expressbank"dan Trend-ə verilən məlumata görə, artıq bu şirkətdə işləyən sürücülər VÖEN nömrələrini daxil etməklə həftəlik "plan"larını terminallarda ödəyə bilərlər.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, Ailə TV və Ailə Net, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və internet provayderi, Azeronline, Data plus və Qlobal Networks internet provayderləri üzrə ödənişləri, BTRİB, AzEuroTel, Bakinternet, AzDataKom, Aztelekom və AztelekomNet (Bakı, Abşeron və Sumqayıt), həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti