...

Şahin Mustafayev: İtaliyanın Azərbaycana investisiyaları yarım milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Azad Həsənli/

İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir: "İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 482 milyon dollar investisiya qoyulub, bunun 374 milyon dolları neft sektorunun payına düşür".

Nazir qeyd edib ki, İtaliya şirkətləri podratçılar qismində ümumi dəyəri 810 milyon dollar olan 8 layihənin reallaşdırılmasında iştirak edirlər: "Ölkələr arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan və İtaliya arasında əlaqələr çox şaxəlidir. İtaliya 7 il davamlı olaraq Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu ölkə ilə əmtəə dövriyyəsinin həcmi daim artır".

Ş.Mustafayev əməkdaşlığın perspektivli sahələri arasında yüngül sənaye, xüsusi ilə toxuculuq istehsalının olduğunu bildirib. Nazir İtaliya şirkətlərini Mingəçevir Sənaye Parkında iştirak etməyə dəvət edib, burada onlar müvafiq müəssisə yarada bilərlər: "Azərbaycan və İtaliya turizm sahəsində də əlaqələri inkişaf etdirə bilərlər. Ölkələr arasında birbaşa uçuşlar mövcuddur və qarşılıqlı turlar təşkil edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti