...

"MDB ölkələri alternativ maliyyə mənbələri axtarırlar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 20:31 (UTC +04:00)
Son vaxtlar MDB ölkələri, o cümlədən Azərbaycan alternativ maliyyə və kredit mənbələri axtarışındadır və İslam bankçılığı həmin mənbə ola bilər.
"MDB ölkələri alternativ maliyyə mənbələri axtarırlar"

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Son vaxtlar MDB ölkələri, o cümlədən Azərbaycan alternativ maliyyə və kredit mənbələri axtarışındadır və İslam bankçılığı həmin mənbə ola bilər. Bunu Trend-ə Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ilə əlaqələrimiz istədiyimiz kimi yaxşı səviyyədə deyil, lakin Rusiya ilə bu əlaqələr bəllidir: "Buna görə də postsovet məkanı kontekstində İslam bankçılığını nəzərdən keçirməyə çalışmaq çox vacibdir".

İ.Əhmədov qeyd edib ki, BƏƏ və Fars körfəzi ölkələri ilə daha sıx əlaqələri olan Mərkəzi Asiya ölkələri və Azərbaycan Rusiya üçün özünəməxsus körpü rolunu oynaya bilərlər: "Rusiya bəzi səbəblərə görə İsman maliyyələşməsinə çox maraq göstərir. Təbii ki, əsas səbəb Qərbin Rusiyaya qarşı sanksiyalarıdır və buna görə də alternativ maliyyə mənbələri əldə etmək istəyir".

Qeyd edək ki, bu gün Xəzər Universitetində keçirilmiş konfrans çərçivəsində postsovet məkanında İslam bankçılığının inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti