...

“Maliyyə savadlılığı” layihəsi müsabiqəsinin I mərhələsi yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2015 12:05 (UTC +04:00)
“Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən müsabiqələrin I mərhələsi yekunlaşıb.
“Maliyyə savadlılığı” layihəsi müsabiqəsinin I mərhələsi yekunlaşıb

Azərbaycan, Bakı, 4 may /Trend/

"Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirilən müsabiqələrin I mərhələsi yekunlaşıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində respublika ümumtəhsil məktəb müəllimləri və şagirdləri arasında martın 18-də başlayan "Həyat bilgisi və maliyyə savadlılığı" və "Bu günün qənaəti sabahın təminatıdır" adlı müsabiqələr yekunlaşıb.

AMB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqələr "Maliyyə savadlılığına aid ən yaxşı resurs" və "Şagirdin məqsədli qənaəti" nominasiyaları üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilmişdir. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim edilmiş və qəbul olunmuş işlər növbəti - II mərhələdə qiyməndirilmək üçün Ekspert Komissiyasına göndərilib.

Müsabiqələr Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBank və FINCA Azərbaycan təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqələrin qaliblərinə xüsusi diplomlar və müxtəlif hədiyyələr təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti