Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Maksim Tsurkov/
2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 142 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 13,6 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyun aylarının yekunu üzrə hesabatında deyilir.
Hesabata əsasən, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 75,4 faiz azdır.
Cari ilin I yarısında ölkədə 540 traktor istehsal edilib. Bu, 2014-cü ilin eyni dövrünün göstəricisindən 10,4 faiz azdır.