...

Şahin Mustafayev: İran Prezidenti əməkdaşlıq məsələləri üzrə bütün tapşırıqları verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 11:34 (UTC +04:00)
“Bu gün səhər İran Prezidenti Həsən Ruhani ilə görüşdüm. Həsən Ruhani əməkdaşlıq məsələləri üzrə bütun tapşırıqları verdi və əlaqələrin hərtərəfli inkişafını istədi”.
Şahin Mustafayev: İran Prezidenti əməkdaşlıq məsələləri üzrə bütün tapşırıqları verdi

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"Bu gün səhər İran Prezidenti Həsən Ruhani ilə görüşdüm. Həsən Ruhani əməkdaşlıq məsələləri üzrə bütun tapşırıqları verdi və əlaqələrin hərtərəfli inkişafını istədi".

Trend-in məlumatına görə, bunu İran-Azərbaycan hökumət nümayəndələri arasında keçirilən görüşdə İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanla İran arasında əlaqələr çox yüksəkdir.

Budəfəki səfəri də həmin yaxşı əlaqələrin göstəricisi sayan Ş.Mustafayev bildirib ki, bu qarşılıqlı əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhanin böyuk rolu var.

Ş.Mustafayev deyib ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki prezident tərəfindən dəstəklənir: "Nüvə proqramı ilə bağlı razılaşmanı yüksək qiymətləndiririk. Bu münasibətlə sizi təbrik edirik. Əminik ki, bu razılaşma ikitərəfli əlaqələrə, regional və beynəlxalq təhlükəsizlik məsələrinə kömək edəcək. İranın uğuruna bir dost ölkə olaraq səmimi-qəlbdən sevinirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti