...

Azərbaycanın sığorta bazarı ikirəqəmli artımını qoruyub saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2015 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 26 sığorta şirkətinin xətti ilə 283,15 milyon manat sığorta haqqı toplanıb.

Trend-in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatında bildirilir ki, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 104,8 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyul aylarında 31 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti