...

İran Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində layihələr təklif etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2015 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Rusiya şirkətlərinə 25 milyard dollar dəyərində 121 nəqliyyat layihəsi təklif etmişik. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi Rusiyanın enrgetika naziri Aleksandr Novak ilə görüşdən sonra jurnalistlərə deyib.

Trend-in məlumatına görə, bu barədə İranın "İRNA" agentliyi məlumat verib.

A.Axundi deyib ki, Rusiya İranda müxtəlif layihələrin reallaşdırılmasında sərmayə yatırmaqda maraqlı olduğunu bildirib: "İlk layihə olaraq Gərmsar - İncəburun dəmir yolu xəttinin elektrikləşdirilməsi layihəsini Rusiya şirkətləri həyata keçirəcək. Bu layihənin dəyəri 1,2 milyard dollardır".

O deyib ki, bu layihənin icrası ilə iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti