...

İran və Rusiya əmək və sosial təminat sahəsində əməkdaşlığa dair memorandum imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2015 14:30 (UTC +04:00)
Rusiyanın əmək və sosial təminat naziri Maksim Topilin İrana səfər edəcək.

Azərbaycan, Bakı, 26 oktyabr / Trend, müxbir Təmkin Cəfərov/

Rusiyanın əmək və sosial təminat naziri Maksim Topilin İrana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə İranın əmək, Kooperasiya və Sosial Təminat Nazirliyi ölkənin əmək, kooperasiya və sosial təminat nazirinin müavini Məhəmməd Təqi Hüseyniyə istinadən məlumat verib.

M.T.Hüseyni bu gün Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan ilə görüşündə rusiyalı nazirin İrana səfərini müzakirə edib.

M.T.Hüseyni deyib ki, səfər yaxın vaxtlarda baş tutacaq və səfər zamanı iki ölkə arasında əmək və sosial təminat sahəsində əməkdaşlıq memorandumu imzalancaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti