Bakı. Maksim Tsurkov - Trend:
Göygölün "Qızılca" qırmadaş zavodu "Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibinə daxil olub. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.
Buna görə də zavod hüquqi şəxs kimi ləğv edilir. Onun hüquqları, öhdəlikləri və vəzifələri QSC-nin nəzarətinə verilir.
Maraqlanan şəxslər Göygöl rayonu, "Qızılca" stansiyasına müraciət edə bilərlər.