Bakı. Trend:
InvestAZ İnvestisiya şirkəti ölkə vətəndaşlarımızın ticarət imkanlarını genişləndirmək məqsədilə daha bir inqilabi yeniliyə imza atmışdır.
Artıq InvestAZ şirkətinin təqdim etdiyi yeni xidmət sayəsində dünya maliyyə bazarlarında ticarət etmək üçün vəsaitlərinizi xarici valyutaya (ABŞ dollarına) çevirmədən, manatla hesab aça, həmçinin gəlirlərinizi milli valyuta ilə əldə edə bilərsiniz.
Azərbaycan manatında yeni imkanlar
InvestAZ İnvestisiya Şirkəti Dünya maliyyə bazarlarının tarixində ilk dəfə olaraq üç yeni imkanı Sizə təqdim edir:
1. Azərbaycan Manatı (AZN) ilə InvestOR hesabı
Artıq "şəxsi elektron otağınız" olan InvestOR-da cari AZN hesabınıza yatırım etmək üçün manatınızı dollara çevirməyə ehtiyac yoxdur. Plastik kart və ya Bank köçürməsi vasitəsilə investisiyalarınızı birbaşa manatla, heç bir konvertasiya etmədən, cari AZN hesabınıza mədaxil edə bilərsiniz.
2. Azərbaycan Manatı (AZN) ilə MT4 hesabı
InvestOR profilindən yeni Forex (FX) yatırım hesabı seçdiyiniz zaman valyuta olaraq AZN seçməklə, yeni MT4 hesabı aça bilərsiniz. Həmçinin Forex bazarında MetaTrader4 (MT4) ticarət platforması vasitəsilə həyata keçirdiyiniz əməliyyatlardan qazandığınız gəlirləri birbaşa milli valyutada görə bilərsiniz.
3. Azərbaycan Manatı (AZN) ilə valyuta mübadiləsi
InvestOR-unuzda dollar (USD) hesabınızdakı vəsaitləri manata (AZN), manat (AZN) hesabınızdakı vəsaitləri isə dollara (USD) çevirmək artıq çox asandır. Bunun üçün "Sərbəst vəsait" bölməsindən "Mübadilə" funksiyasını seçərək, InvestAZ İnvestisiya Şirkətinin sizə təqdim etdiyi daha bir yenilikdən faydalana bilərsiniz.
Qeyd edək ki, FOREX Bazarı Sizə həftənin 5 günü, 24 saat şəxsi kompüteriniz, planşetiniz və mobil telefonunuz vasitəsilə Dünya maliyyə bazarlarında qiymət dəyişikliklərindən gəlir əldə etmək imkanı təqdim edir. Forex bazarı dünya maliyyə bazarının əsasını təşkil etməklə, ölkəmizdə marja ticarəti xidməti adlanır. InvestAZ İnvestisiya Şirkəti bu xidməti ölkə qanunvericiliyinə uyğun olaraq müştərilərinə təqdim edir və bu fəaliyyətə "Maliyyə Bazarlarına Nəzarət Palatası" Publik hüquqi şəxs tərəfindən nəzarət edilir.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
