...

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 20:55 (UTC +04:00)
Mayın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçiriləcək.
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

Bakı. Ənvər Məmmədov - Trend:

Mayın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, biznes-forumda Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Tədbirdə Aİ ölkələrinin və Azərbaycan şirkətlərinin nümayəndələri ölkəmizdə və Avropa İttifaqı ölkələrində bizneslə məşğul olmaq imkanları ilə tanış olacaqlar.

Forum çərçivəsində müxtəlif panel müzakirələr və ikitərəfli görüşlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti