...

Nazir: Azərbaycan 2016-cı il büdcə proqnozlarına yenidən baxmağı planlaşdırmır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 16:05 (UTC +04:00)
Azərbaycan 2016-cı il dövlət büdcəsinin proqnozlarına yenidən baxmağı planlaşdırmır.
Nazir: Azərbaycan 2016-cı il büdcə proqnozlarına yenidən baxmağı planlaşdırmır (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan 2016-cı il dövlət büdcəsinin proqnozlarına yenidən baxmağı planlaşdırmır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan valyuta ehtiyatlarını kifayət həcmdə saxlamalıdır: "Ötən ilin təcrübəsi göstərdi ki, valyuta bazarında dəyişmələr, məzənnəyə təzyiqlər, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının kəskin azalması hökuməti xeyli sayda valyuta toplamağa məcbur edir. Bunu nəzərə alaraq biz daha qənaətcil büdcə siyasəti yürütməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti