...

Azərbaycan Rusiyaya ət-süd məhsulları tədarükçülərinin siyahısını genişləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2016 17:54 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Rusiya Federasiyasının Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşları Rusiyaya məhsullarını ixrac etmək istəyən müəssisələrin təftişi üçün Azərbaycana səfər edəcəklər.

Bunu Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müfəttişlik sektorunun rəhbəri Tofiq Atazadə deyib.

Onun sözlərinə görə, “Rosselxoznadzor” əməkdaşlarının səfərlərinin dəqiq tarixi hələ məlum deyil: "Eyni zamanda qeyd etmək istəyirəm ki, səfər öz aktuallığını itirməyib, çünki öz məhsullarının ixracı üçün Rusiyada sertifikasiyadan keçmək istəyən bəzi şirkətlər var".

T.Atazadə qeyd edib ki, bu şirkətlər müxtəlif heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olurlar: “Şirkətlər artıq baytarlıq xidmətinin ilkin yoxlanışından keçiblər. Həmin şirkətlər ət məhsullarının istehsalı və müxtəlif növ pendir və kolbasa məhsulları, o cümlədən süd məhsullarının istehsalı ilə məşğul olurlar. Biz artıq bu müəssisələrdə ilkin yoxlama aparmışıq, onlara mövcud nöqsanları göstərmişik və bütün lazımi məlumatları “Rosselxoznadzor”a göndərmişik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti