...

Rusiya Azərbaycan şirkətinə icazə verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 12:33 (UTC +04:00)
Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Azərbaycanın "Milk-Pro" şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.
Rusiya Azərbaycan şirkətinə icazə verdi

Bakı. Azad Həsənli - Trend:

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Azərbaycanın "Milk-Pro" şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.

Bu barədə Trend-ə "Rosselxoznadzor"dan məlumat verilib.

Federal Xidmətdən bildiriblər ki, "Milk-Pro" şirkəti həqiqətən də attestasiyadan keçib və Gömrük İttifaqının ərazisinə tədarük üçün (süd və süd məhsulları) icazəsi var:

"Lakin bundan əvvəl məhsulların markalanması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bir sıra pozuntular var idi. Bununla əlaqədar olaraq, Azərbnaycanın Dövlət Baytarlıq Nəzarət Xidməti "Rosselxoznadzor"a zəmanət məktubu göndərib. Beləliklə, ötən gün müvafiq qərarın qəbulundan sonra "Milk-Pro"nun yükü Rusiya ərazisinə buraxılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti