...

Assosiasiya: Azərbaycanın turizm sektoru dövlətin etimadını doğrultmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2017 13:23 (UTC +04:00)
Azərbaycanın turizm sektoru dövlət tərəfindən göstərilən etimadı doğrultmağa hazırdır
Assosiasiya: Azərbaycanın turizm sektoru dövlətin etimadını doğrultmağa hazırdır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın turizm sektoru dövlət tərəfindən göstərilən etimadı doğrultmağa hazırdır.

Bunu Trend-ə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını şərh edən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırov deyib ki, bu gün turizm ölkəyə gəlir gətirməyə hazır olan sahədir: "Biz bu sektorda dövlətin böyük diqqət və qayğısını görürük Bu, ölkədə şoppinq-festivalların keçirilməsi, Turizm Şurası və ya Turizm Bürosu kimi strukturların yaradılması kimi qərarlarla öz əksini tapır”.

Ölkədə turizmin inkişafının perspektivlərindən danışan assosiasiya sədri daha ucuz hotellərin işə salınması, yeni birbaşa reyslərin yaradılması və turizm sənayesinin formalaşdırılması imkanlarını qeyd edib.

N.Bağırov ölkəyə xarici turistlərin cəlb olunması ilə məşğul olan turizm şirkətlərinə müxtəlif güzəştlər və üstünlüklərin tanınmasını təklif edib.

Bundan başqa N.Bağırov Azərbaycanın regionlarında ucuz hotellərin fəalyyəti göstərməsinin daxili turizmin inkişafına da böyük təsir edəcəyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti