...

Qusar-Xudat avtomobil yolunda təmir-bərpa işləri davam edir (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2017 09:54 (UTC +04:00)
Qusar-Xudat avtomobil yolunda yenidənqurma işləri uğurla davam etdirilir.
Qusar-Xudat avtomobil yolunda təmir-bərpa işləri davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Qusar-Xudat avtomobil yolunda yenidənqurma işləri uğurla davam etdirilir.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-nə çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 13.7 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun 2-2.5 m enində çiyinlər də daxil ümumi eni 11-12 m təşkil edir.

Təmir-bərpa işləri zamanı yolun 10.7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır.

Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, genişləndirilmiş və zəruri olan digər hissələrə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.Hazırda yol boyu asfaltlanma işləri görülür. Artıq yolun 9 km-lik hissəsində asfaltlanma işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə yola 2 qat və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Asfaltlanma işlərinə paralel olaraq zəruri olan yerlərə səki daşları düzülür. Piyada səkilərinin və yol kənarına ümumilikdə 7 min p/metr səki daşı düzüləcək.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 41 min kv.m yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-1968 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, yol boyu yerləşən yaşayış məntəqələrinin on minlərlə sakininin gediş-gəlişini rahatlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti