...

Azərbaycan "Uğur" yatağında qızıl hasilatına başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2017 17:12 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda qızıl istehsalını həyata keçirən “Anglo-Asian Mining” şirkəti Gədəbəy rayonunda “Uğur” yatağında qızıl və gümüş hasilatına başlayıb. Trend bu barədə şirkətə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, 2017-ci il sentyabrın 1-dən 10-dək orta günlük qızıl hasilatı 212 unsiya təşkil edib. Bu göstərici əvvəlki səkkiz ay ərzində qeydə alınan orta günlük istehsalatdan iki dəfə çoxdur.

2017-ci ilin ilk yarısında AAM 23 128 unsiya qızıl, 1 322 ton mis, 85 807 unsiya gümüş hasil edib.

Bu il üçün şirkət 64 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti