...

Prezident İlham Əliyev: Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2017 12:13 (UTC +04:00)
Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.
Prezident İlham Əliyev: Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir

Bakı. Trend:

Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd etdi: “Əsrin müqaviləsi” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də Azərbaycan bir çox neft hasil edən ölkələrdən fərqli olaraq, nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir gətirə bilər, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, neft üstündə dünyada əvvəlki dövrlərdə mübarizə gedib, hazırda da mübarizə gedir, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı elə o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Bir çox neftlə zəngin ölkələrdə bu gün müşahidə olunan mənzərə bunun əksini deyir. Ona görə də bizim əsas məqsədimiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhəri, tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır".

İlham Əliyev bildirib ki, bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayrılıb və 250 min məcburi köçkün 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin edillib:

"Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır, fəaliyyəti, gəlirləri və xərcləri haqqında məlumatlar müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq Parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə də layiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti