...

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona açıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2017 10:56 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zona açıla bilər

Bakı. Azad Həsənli - Trend:

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.

C.Əsgərov əlavə edib: "Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".

Xəbər lenti

Xəbər lenti