...

Nazir müavini: Son 5 ildə Aİ-nin Azərbaycan iqtisadiyyatına investisiyaları 15 milyard dolları ötüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 11:29 (UTC +04:00)
Son beş il ərzində Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox investisiya yatırıb.
Nazir müavini: Son 5 ildə Aİ-nin Azərbaycan iqtisadiyyatına investisiyaları 15 milyard dolları ötüb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Son beş il ərzində Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan çox investisiya yatırıb.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Ai-Azərbaycan biznes-forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,5 mindən çox Avropa şirkəti fəaliyyət göstərir:

“Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi əməkdaşlıq daim yaxşılaşır. Ötən ilin yekunlarına əsasən, Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 9,4 milyard avro təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 42 faizini təşkil edir. Bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur”.

Nazir müavini qeyd edib ki, Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır:

“Azərbaycan Aİ-nin neftə tələbatının 5 faizini təmin edir. Mayın 29-u işə salınmış "Cənub Qaz Dəhlizi" sayəsində Avropa Azərbaycan qazı ilə də təmin olunacaq”.

R.Məmmədov əlavə edib ki, Azərbaycan, həmçinin Aİ ölkələri ilə ikitərəfli münasibətlərin inkişafına diqqət ayırır:

“Bu günədək Azərbaycan 24 Aİ ölkəsi ilə ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı, 17 ölkə ilə investisiyaların təşviqi və müdafiəsi ilə bağlı saziş imzalayıb. Bundan başqa, biz 9 Aİ ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalamışıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti