...

Azərbaycanda sənaye parklarına 1 milyard dollardan çox investisiya qoyulacaq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 11:58 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına daha 1,1 milyard dollar investisiya yatırılacaq.
Azərbaycanda sənaye parklarına 1 milyard dollardan çox investisiya qoyulacaq (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına daha 1,1 milyard dollar investisiya yatırılacaq.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

O qeyd edib ki, bu günədək Azərbaycandakı sənaye parklarına 2,5 milyard dollar investisiya yerləşdirilib.

Nazir müavini həmçinin sahibkarlara vergidən azadolma və müxtəlif güzəştlər təqdim edən investisiyaların təşviqi sənədlərinin reallaşdırılması barədə danışıb:

“Bugünədək investisiyaların təşviqi sənədi 276 investisiya layihəsinin reallaşdırılması çərçivəsində verilib və bunların ümumi həcmi 2,5 milyard manat təşkil edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti