...

Rüfət Məmmədov: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar real nəticələr göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2018 17:05 (UTC +04:00)
Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar real nəticələr göstərir
Rüfət Məmmədov: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar real nəticələr göstərir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar real nəticələr göstərir.

Trend-in məlumatına görə, bunu 4-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

O bildirib ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkədə qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb.

Nazir müavini əlavə edib ki, həmin dövrdə Azərbaycanın digər ölkələrlə ticarət dövriyyəsi 23,3 faiz, xüsusilə qeyri-neft ixracatı 19,3 faiz artıb:

“Bu ilin ilk dörd ayı ərzində Azərbaycanın valyuta ehtiyatları 2,1 milyard dollar artaraq 44 milyard dollara çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti