Bakı. İlkin Şəfiyev - Trend:
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracında 12,9 faiz, sənaye məhsullarında isə 23,65 faiz artım müşahidə olunub:
"Hesabat dövründə xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin sayı 33,6 faiz artaraq 8979-a çatıb".
R.Məmmədov bildirib ki, ixrac olunan məhsulların çeşidi də 1936 növədək artıb: "Azərbaycanın böyük ixrac potensialı var".