...

Pakistanın Azərbaycana investisiyaları 4 milyon dolları ötüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2018 15:23 (UTC +04:00)
Bugünədək Pakistan Azərbaycan iqtisadiyyatına 4,2 milyon dollar investisiya yerləşdirib
Pakistanın Azərbaycana investisiyaları 4 milyon dolları ötüb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bugünədək Pakistan Azərbaycan iqtisadiyyatına 4,2 milyon dollar investisiya yerləşdirib.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Pakistan biznes forumu zamanı iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, hər iki ölkə ikitərəfli investisiyalara böyük diqqət ayırır:

“Qeyd etmək istəyirəm ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Pakistanın Ticarət Nazirliyi arasında ikitərəfli investisiya əməkdaşlığının inkişafı üzrə xüsusi işçi qrupu yaradılıb. Azərbaycanda Pakistan kapitalı ilə 267 şirkət işləyir. Bu şirkətlər ticarət, rabitə, xidmətlər, logistika kimi sahələrdə fəaliyyət göstərir”.

Nazir müavini əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi böyüməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti