...

"Hesab.az" platformasından müştəri məmnuniyyəti üçün yeni addımlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2018 18:20 (UTC +04:00)
GoldenPay bu mövzuda işlərini davam etdirir.
"Hesab.az" platformasından müştəri məmnuniyyəti üçün yeni addımlar

Bakı. Trend:

Texnologiya ilə birlikdə həyat tərzinin də yenidən formalaşdığı bir dünyada, Azərbaycan maliyyə bazarında və dəyişən dünyada daha yaxşı xidmət vermək üçün müştəri mərkəzli olunması lazım olduğu fikrini dəstəkləyən GoldenPay bu mövzuda işlərini sürətlə davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yeni nəslin istehlak vərdişlərini nəzərə alan rəhbərlik - Naina Mehdiyeva və Tuğba Uçar onlayn ödəmə platformasında dəyişikliklər edilməsi üçün böyük səylə bütün tətbiqlərini yenilələməkdən ötrü rəhbərlik etdikləri peşəkar komanda ilə dayanmadan çalışırlar.

İdarə heyətinin sədri N.Mehdiyeva bildirib: “İndiki dövrdə müştəriləri məmnun etməklə rəqabət üstünlüyü əldə etməyə çalışan şirkətlər müştərilərə daha çox diqqət etməyə və müştəri yönümlü düşünməyə başlamalıdırlar. Müştərilərimizə onların ehtiyaclarına görə formalaşdırdığımız xidmətlər təqdim edirik. Müştərinin məmnuniyyəti bizim üstünlüyümüzdür”.

Bu mövzuda İdarə Heyətinin üzvü, Marketinq və Məhsulların inkişafı departamentinin rəhbəri T.Uçar qeyd edib: "Bu sahədəki gələcək planlarımız müştəri məmnuniyyətində davamlı artan bir qrafiklə sektorun xatırlanan markası olmaqdır. Araşdırmalarımızda bu istiqamətdə müsbət inkişafı müşahidə edirik".

Hesab.az hal-hazırda daha da müştəri yönümlü, sadə və sürətli bir şəkildə əməliyyatların ediləcəyi tətbiqlərin əhəmiyyətinin üstündə dayanır və davam edən müddətdə rəqabət yönümlü deyil, tamamilə müştəri məmnuniyyətini ön planda saxlamağı planlaşdırır. İstifadəsi asan, təhlükəsiz və eyni zamanda Azərbaycanda onlayn ödəmələr bazarında trendi dəyişdirəcək tətbiqlərin inkişaf etdirilməsini şirkət işlərinin mərkəzinə qoymuşlar.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti