...

Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2021 09:14 (UTC +04:00)
Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

2020-ci ildə Azərbaycan 51,186 milyon dollar məbləğində metanol ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə 471 233 ton metanol (metil spirti) ixrac edilib.

Hesabata əsasən, 2020-ci ildə metanol ixracının Azərbaycanın ümumi ixracında payı 0,37 faiz, qeyri-neft ixracında payı isə 2,76 faiz təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metanolun istehsalı ilə "SOCAR Methanol" zavodu məşğul olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti