...

Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə işə salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2022 12:52 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnvestisiya Bankı Azərbaycanda yeni layihə işə salacaq.

Trend-in məlumatına görə, bunu bankın Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

"Bizim yeni təşəbbüsümüz olan "Eastern Partnership Investment in Connectivity" (EPIC) tezliklə Azərbaycanda işə salınacaq. Bu təşəbbüs infrastruktur layihələrinin hazırlanması və reallaşdırılmasında texniki yardımı nəzərdə tutur", - deyə o bildirib.

Onun sözlərinə görə, bu layihə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dəstəklənməsi üçün imkanlar yaradacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti