...

Azərbaycan QDTİB-nin kapitalın artırılması üzrə səylərini dəstəkləməkdə davam edəcək - Nazir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2022 10:41 (UTC +04:00)
Azərbaycan QDTİB-nin kapitalın artırılması üzrə səylərini dəstəkləməkdə davam edəcək - Nazir (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kapitalın artırılması üzrə səylərini dəstəkləməkdə davam edəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov QDTİB-in 24-cü illik iclası zamanı deyib.

"QDTİB 2021-ci ildə kapitalının əhəmiyyətli dərəcədə artıra bilib. Hazırkı geosiyasi vəziyyətdə Azərbaycan bankın kapital artırılması üzrə səylərində iştirak etməyə hazır olduğunu bildirib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu gün Qara dəniz regionu misli görünməmiş vəziyyətlə üzləşib.

"Ukraynadakı vəziyyət qlobal tədarük zəncirlərinin qırılmasına gətirib çıxarıb, ticarət, ərzaq və enerji təhlüksəzliyinə təhdid yaradır. Azərbaycanın adından banka istənilən dəstəyi göstərməyə tam hazır olduğumuzu bildirmək istəyirəm", - S.Şərifov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti