...

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihə və xidmətləri işə salmağı planlaşdırır - Dmitri Pankin

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2022 12:58 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihə və xidmətləri işə salmağı planlaşdırır - Dmitri Pankin
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə və xidmətlərin işə salınmasını planlaşdırır.

Bunu bankın prezidenti Dmitri Pankin Trend-in sualını cavablandırarkən deyib.

"Sabahkı forumdan sonra biz QDTİB-nin Azərbaycanın özəl sektoruna təqdim edə biləcəyi yeni layihə və xidmətlərin işə salınmasını gözləyirik", - deyə o bildirib.

O qeyd edib ki, QDTİB Azərbaycanla əməkdaşlığın yeni potensial sahələrini və imkanlarını nəzərdən keçirir.

"Biz Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlıqdan qürur duyuruq. Biz maliyyə alətlərimizi manatla təqdim edirik. QDTİB bərpa olunan enerji layihələrinin inkişafında maraqlıdır", - D.Pankin deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti