...

Azərbaycan dağlarında buzlaqların sahəsi azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2022 16:02 (UTC +04:00)
Azərbaycan dağlarında buzlaqların sahəsi azalır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların sahəsi ildən-ilə azalır.

Trend -in məlumatına görə, bunu bu gün "Azərkosmos"un aparıcı mütəxəssisi İsmət Baxışov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın dağlıq rayonlarında qarlı ərazilərdə azalma var.

"2017-ci ildə qarla örtülmüş ərazilər daha çox olduğu halda, 2018-2019-cu illərdə azalma qeydə alınıb. 2020-2021-ci illərdə bu rəqəm artıb, 2022-ci ildən isə yenidən qarlı ərazilərdə azalma müşahidə olunub", - deyə Baxışov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti