...

Azərbaycan Qazaxıstana Yaxın Şərqə taxıl daşınmasında kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2023 12:26 (UTC +04:00)
Azərbaycan Qazaxıstana Yaxın Şərqə taxıl daşınmasında kömək etməyə hazırdır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qazaxıstana Yaxın Şərqə taxıl daşınmasında köməklik göstərməyə hazırdır.

Trend cümə günü Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu "Consult Shipping" şirkətinin direktoru Həsən Məmmədov "Xəzər regionunun nəqliyyat logistikası" forumunda deyib.

"Başa düşürük ki, Yaxın Şərqə taxıl göndərmək üçün nə vaxtsa Qazaxıstanda da nəqliyyat dəhlizindən istifadə etməyə başlayacaqlar. Bu vaxta qədər biz artıq bu bazarda möhkəmlənməliyik ki, ölkədəki sahibkarların öz logistikalarını qurmalarına ehtiyac qalmasın, Bakı vasitəsilə bizim logistikamızdan istifadə etsinlər", - deyə H.Məmmədov qeyd edib.

O qeyd olunan logistikanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə nəzərdən keçirdiyini əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti