...

Azərbaycan-Rumıniya Komissiyasının yekunlarına dair 2 sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2024 14:36 (UTC +04:00)
Azərbaycan-Rumıniya Komissiyasının yekunlarına dair 2 sənəd imzalanıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasının yekunlarına dair protokol imzalanıb.

Trend bu barədə imzalanma mərasimindən xəbər verir.

Sənədi komissiyanın həmsədrləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja imzalayıblar.

Bundan başqa, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida məhsullarının təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb.

Sahil Babayevin mətbuata açıqlamasında bildirib ki, iki ölkə arasında energetika, nəqliyyat sektoru, kənd təsərrüfatı və ticarət sahəsində, səhiyyə sahəsində, özəl sektorun inkişafı, elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar mövcuddur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti