...

Monitorinq zamanı Azərbaycanda "quş qripi"nin yayılması aşkar olunmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 12:01 (UTC +04:00)

Azərbaycanda "quş qripi"nin aşkar edilməsi üzrə növbəti monitorinq yanvar ayının sonuna planlaşdırılıb. Kənd Təsərrüfatı nazirliyi yanında Azərbaycan Dövlət Baytarlıq Xidmətində sayca 9-cu monitorinqin yanvarın 30-da keçirilməsi planlaşdırılır. Monitorinq tərkibinə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Baytarlıq Xidməti, o cümlədən Azərbaycan Ovçular Cəmiyyətinin nümayəndələrinin daxil olduğu xüsusi Komissiya tərəfindən aparılır.

Baytarlıq Xidmətindən bildirilib ki, hazırda əvvəlki monitorinq zamanı götürülmüş nümunələrin analizi aparılır. "İlkin nəticələr Azərbaycanda "quş qripi"nin yayılmamasını sübut edir", - deyə Baytarlıq xidmətindən qeyd ediblər.

Səkkizinci monitorinq Ağcabədidə, Ağgöl, Sarısu milli parklarında, Lənkəran və Masallıda aparılıb.

Xəbər lenti

Xəbər lenti