...

Səlim Müslümov: İlin sonunadək pensiyaçıların 60%-i müavinətləri kart vasitəsilə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2006 17:55 (UTC +04:00)

Əhalinin sosial müdafiəsi Dövlət fondu (ƏSMDF) 2006-cı ilin sonunadək pensiya müavinətlərinin ödəniş səviyyəsini plastik kartlar vasitəsilə 60%-dək artırmağı planlaşdırır. ƏSMDF sədri Səlim Müslümov Trend ə bildirib ki, hazırda ölkə pensiyaçılarının 37%-nin pensiyaları kartlarla hesablanır. Amma ümumilikdə bütün mənfi halların aradan qaldırılmasının yeganə yolu pensiya müavinətlərinin plastik kartlar vasitəsilə verilməsidir.

Çünki kart sisteminə keçdikdən sonra şikayətçi müraciətlərinin sayı 50% azalıb. Amma bütün müraciətlər pensiyaların poçt şöbəsi işçiləri, bank əməkdaşları tərəfindən verilməsi məsələləriən aid idi. Məsələnin tam həlli üçün bir yol vardır - pensiyaların verilməsi sisteminin tamamilə avtomatlaşdırılması" -deyə S.Müslümov qeyd edib.

Hazırda təxminən 505 min pensiyaçı öz pensiyasını plastik kartlar vasitəsilə alır, respublika üzrə bu, 1,36 mln. nəfər olaraq göstərilir. Bakı və Sumqayıt üzrə 272 min pensiyaçı müavinətləri kart vasitəsilə alır, qalanları isə digər rayon mərkəzləri və şəhərlərin payına düşür. Dövlət fondunun agent- bankları Beynəlxalq bank və Kapitalbankdır.

Agent-bankların siyahısının genişləndirilməsinə gəlincə, S.Müslümovun sözlərinə görə, əgər pensiyaçıların sayı daha çox olsa onda tender keçiriləcək. Əgər bu göstərici yüksək olmasa, onda hansı kənddə, iki tərəfdaş bankdan hansının xidmət göstərməsindən asılı olaraq bu banklarla əlavə sazişlər imzalanacaq.

Artıq üçüncü ildir ki, Iisa International Beynəlxalq ödəmə sisteminin iştirakı ilə həyata keçirilən pensiya layihəsi reallaşdırılır və bu sistemin kartları da pensiyaların verilməsi üçün cəlb edilib.

"Bütün pensiyaçılar könüllü olaraq bizim şöbəmizə ərizə ilə müraciət edirlər. Biz kollegiyada müvafiq qərar qəbul edirik və qərarı bizim bütün şöbələrimizə göndəririk. Onlar ərizəni qəbul edir və plastik kartların hazırlanması üçün təcili banka müraciət edirlər və pensiyaçılar rayon mərkəzlərində bu kartları alırlar" -deyə S.Müslümov qeyd edib.

Xəbər lenti

Xəbər lenti